“İsrailin Qəzza zolağının şimalında yerləşən Beyt Lahiya şəhərinə bir neçə hücumu nəticəsində ən azı 70 fələstinli həlak olub”.
Yeniavaz.com xəbər verir ki, bu məlumatı “Əl-Qahirə əl-İxbariyyə” telekanalı yayıb.
Anklavda işləyən həkimlərin bildirdiyinə görə, İsrail ordusunun Beyt Lahiyanın iki bölgəsini bombalaması nəticəsində 70-dən çox insan həlak olub. Ölənlərin əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilir.
Bir müddət əvvəl WAFA ən azı 18 nəfərin onlarla qaçqın ailəsinin sığındığı Əl-Mənşiyyə küçəsindəki yaşayış binalarından birinin bombalanmasının qurbanı olduğunu bildirib:
“Yerli sakinlər yaralıları və ölənlərin cəsədlərini yaxınlıqdakı xəstəxanaya çatdırmağa çalışsalar da, İsrail qüvvələri artıq dağılmış binanın yaxınlığında izdihamlı insanlara qarşı növbəti hücuma keçib. Onlarla yaralı hələ də evin xarabalıqları altındadır”.