“Vəziyyət indiki kimi davam edərsə, Ukrayna Rusiya ilə münaqişədə uduzacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba deyib.
“Bu gün hadisələrin gedişatını dəyişdirmək üçün vasitə və alətlərimiz varmı? Yox, yoxur. Əgər işlər belə davam edərsə, biz uduzacayıq”, - Kuleba deyib.
Kuleba əlavə edib ki, döyüş meydanında vəziyyət pis görünür. Sabiq nazir bu vəziyyətin günahını ilk növbədə, onun fikrincə, Kiyevi kifayət qədər silahla təmin etməyən Qərb müttəfiqlərinin üzərinə atıb.