Gürcüstan parlamenti qarşısında etiraz aksiyası başladı


Tbilisidə Rustaveli prospekti və Azadlıq meydanında yeni etiraz aksiyası başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Paper Kartuli” teleqram kanalı məlumat yayıb.
Kanalın müxbiri iddia edir ki, vətəndaşlar mitinq üçün parlament binasına yaxınlaşmaqda davam edirlər. Azadlıq meydanında Daxili İşlər Nazirliyinin əməkdaşları növbətçilik edirlər. Yaxınlıqda su şırnaqları və digər xüsusi texnika da var.
Qeyd edək ki, Gürcüstanda etirazlar noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlardan imtina etdiyini bəyan etməsindən sonra başlayıb. Noyabrın 29-na keçən gecə polis su şırnaqları və gözyaşardıcı qazdan istifadə etməklə etirazçıları dağıtmağa başlayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalar zamanı 43 nəfər saxlanılıb. Onlar polis əməkdaşlarının tələblərinə tabe olmamaqda və xırda xuliqanlıqda ittiham olunurlar. Həmçinin, dövlət məmuruna müqavimət göstərmə və əmlaka ziyan vurma (Gürcüstan Cinayət Məcəlləsinin 353 və 187) maddəsi ilə də istintaq aparılır.

DİGƏR XƏBƏRLƏR

Top