6,2 milyon dollar verdiyi “bananı” yedi – Video


İtalyan rəssam Mauritsio Kattelanın banan və onu divara yapışdırmaq üçün istifadə edilən lentdən ibarət “Komediyaçı” əsərinin Nyu-Yorkda “Sotheby’s” hərracında 6,2 milyon dollara (10,5 milyon manat) satılması barədə məlumat vermişdik.
Yeniavaz.com
xəbər verir ki, əsərin “orijinallıq sertifikatı”nı alan məşhur kriptovalyuta platforması TRON-un yaradıcısı Castin Sun media nümayəndələrinin qarşısında bananı divardan qoparaq yeyib.
Qeyd edək ki, “orijinallıq sertifikatı” hər hansı bir bananın divara yapışdırılmasına və “Komediyaçı” adı altında nümayiş etdirilməsinə imkan verir.
Kattelanın 2019-cu ildə “Art Basel Miami Beach”də sərgilənən bu əsəri o zaman incəsənət xadimləri tərəfindən tənqidlərə məruz qalmışdı. Sərgini ziyarət edənlərin bəziləri banan və gümüşü rəngdə olan yapışqan lentin satira vasitəsi olduğunu düşünsələr də, digərləri əsəri sənət kolleksiyasında şübhəli standartların tənqidi kimi şərh etmişdilər. Sərgi zamanı da başqa bir rəssam “əsəri” divardan götürərək yemişdi.

DİGƏR XƏBƏRLƏR

Top