Fövqəladə Hallar Nazirliyi (FHN) Maddi Texniki Təchizat İdarəsi 18 ədəd yanğınsöndürən və digər təyinatlı avtomobillərin satın alınması məqsədi ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (VÖEN – 2300195431) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, FHN 18 ədəd yanğınsöndürən və digər təyinatlı avtomobil üçün “Gəncə Avtomobil Zavodu”na 5 milyon 731 min 238 manat 88 qəpik ödəyəcək.
Bundan başqa “Naxçıvan Yol Təchizat” MMC bir ədəd minik avtomobilinin satın alınması məqsədi ilə “Naxçıvan Motors” MMC (VÖEN – 0201529821) ilə satınalma müqaviləsi imzalayıb. Bu müqavilə də tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. Satına alınacaq avtomobilin göstəriciləri barədə heç bir məlumat verilməsə də 34 min 900 manat ödəniləcəyi bildirilir.
Məlumat üçün bildirək ki, təkcə noyabr ayı ərzində dövlət qurumları tərəfindən ümumi dəyəri 24 milyon 977 min 493 manat 33 qəpik olan 100-dən çox nəqliyyat vasitəsi satın alınıb.
Aşağıdakı cədvəldə dövlət qurumları tərəfindən noyabr ayı ərzində satın alınan nəqliyyat vasitələrinin siyahısı göstərilib:
Elnur Əli