Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyanla görüşüb.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, görüş MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində olub.
Bildirilib ki, iclasdan sonra Eyyubov və Qriqoriyan 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər.