“Angela, xahiş edirəm, məni bağışla” – Putin


Rusiya Prezidenti Vladimir Putin Almaniyanın keçmiş kansleri Angela Merkelin onu labrador cinsli iti ilə qəsdən qorxutduğu iddiasını rədd edib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, Rusiya lideri həmin epizoda görə media vasitəsilə bir daha eks-kanslerdən üzr istəyib.
“Açığı, mən bu barədə Merkelə dedim ki, onun itlərdən qorxduğunu bilmirdim, əksinə, mən rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Sonradan bildim ki, o, itlərdən qorxur”, - Putin jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Mən yenidən ona müraciət edirəm: Angela, xahiş edirəm, məni bağışla, səni incitmək istəmirdim, əksinə, söhbətimiz üçün əlverişli bir atmosfer yaratmaq istəyirdim”, - Putin bildirib.  
Putin xatırladıb ki, hadisə Merkelin Rusiyaya səfərlərindən birində baş verib. Rusiya prezidentinin Koni adlı labrador cinsli iti liderlərin oturduğu qonaq otağına daxil olub.
“Mən Avropada və Almaniyada beş il yaşamışam. Orada ev heyvanlarına çox müsbət münasibət bəsləyirlər. Buna görə də onun bundan məmnun qalacağını düşünürdüm”, - Putin qeyd edib.
Daha sonra Rusiya lideri Merkelin itlərdən qorxduğunu öyrənib. Onu uşaqlıqda it dişlədiyini və buna görə də psixoloji travma yaşadığını bildirib.
“Və bunu biləndə ondan üzr istədim və “Angela, üzr istəyirəm, bundan xəbərim yox idi” dedim, - deyə Putin əlavə edib.
Qeyd edək ki, bu yaxınlarda Almaniyanın keçmiş kansleri öz xatirələrini nəşr edib. Merkel Rusiya prezidentinin onu itlə qəsdən qorxutduğunu iddia edib. Almaniya kansleri ilə bu görüş 2007-ci ildə baş verib.

DİGƏR XƏBƏRLƏR

Top