Gürcüstanda Aİ ilə danışıqların dayandırılması qərarından sonra etirazlar başladı


Baş nazir İrakli Kobaxidzenin ölkənin 2028-ci ilin sonuna kimi Aİ ilə danışıqlara başlamaq məsələsini gündəmdən çıxaracağını bəyan etməsindən sonra Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar başlayıb.
Yeniavaz.com
xəbər verir ki, Aİ ilə inteqrasiya prosesinin dayandırılması barədə qərar qəbul edilən iclasdan sonra hökumət rəsmilərinin qalmaqda davam etdiyi hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının mərkəzi ofisinin qarşısına insanlar toplaşıb.
Hadisə yerinə çoxsaylı hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Gürcüstan parlamentinin binasına yüzdən çox insan gedib. Paytaxtla yanaşı, Kutaisi və Batumidə də etiraz aksiyaları keçirilir. Vətəndaşlar müxalifət liderlərinin çağırışı olmadan kortəbii şəkildə çölə çıxıb.
Xatırladaq ki, cümə axşamı günü Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması məsələsini gündəliyə salmamaq və Avropa İttifaqının bütün büdcə qrantlarından imtina etmək barədə qərar qəbul edib.

DİGƏR XƏBƏRLƏR

Top