“ABŞ Kiyevə nüvə silahı ötürməyi planlaşdırmır” – “Newsweek”


“ABŞ Ukraynaya nüvə silahı ötürməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Newsweek” jurnalında Ağ evin bəyanatında deyilir.
“Bizim Ukraynanı nüvə silahı ilə silahlandırmaq planımız yoxdur”, - bəyanatda deyilib.
Nəşrin məlumatına görə, ABŞ prezident administrasiyasına sorğu Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədr müavini Dmitri Medvedyevin “Amerika siyasətçiləri və jurnalistləri nüvə silahının Kiyevə ötürülməsinin nəticələrini ciddi şəkildə müzakirə edir” yazan gün edilib.
Qeyd edək ki, bundan əvvəl “The New York Times” ABŞ və Avropa ölkələrinin bəzi rəsmilərinin Ukraynanın SSRİ-nin dağılmasından sonra tərk etdiyi nüvə silahlarının Kiyevə qaytarılmasını təklif etdiyini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top