Gürcüstan Aİ ilə üzvlük müzakirələrini dondurdu


Hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması ilə bağlı Avropa İttifaqı ilə müzakirələri dayandırmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə respublikanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.
“Bu gün biz 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başlanması məsələsini gündəliyə salmamaq qərarına gəldik. Biz həmçinin 2028-ci ilə qədər Avropa İttifaqından bütün büdcə qrantlarından imtina edirik", - Baş nazir bildirib.
Kobaxidze qeyd edib ki, Gürcüstan avropalı bürokratlara göstərməlidir ki, ona şantaj və təhqirlə deyil, ləyaqətlə yanaşmaq lazımdır.
Onun sözlərinə görə, Aİ danışıqların başlanması mövzusundan manipulyasiya vasitəsi kimi istifadə edərək Gürcüstanın reputasiyasına xələl gətirib. Ona görə də hakim partiyanın qəbul etdiyi qərar bu zərərin qarşısını alacaq.
Hökumət başçısı həmçinin vurğulayıb ki, gürcü xalqı qürurludur, zəngin tarixə malikdir, ona görə də Gürcüstanın Aİ-yə inteqrasiyanı sədəqə kimi qəbul etməsi qətiyyən yolverilməzdir.

DİGƏR XƏBƏRLƏR

Top