Açıqlanan son məlumatlara görə, hazırda dünyada ən çox istifadəçisi olan sosial şəbəkə “Facebook” hesab olunur.
Yeniavaz.com məşhur “Similarweb” şirkətinə istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsindən istifadə edənlərin sayı 3,06 milyardı keçib.
“Facebook”dan sonra dünyada ən çox istifadəçisi olan sosial şəbəkə “Youtube”dur. “Youtube”dan istifadə edənlərin sayı isə 2,7 milyard olub.
Bunlardan başqa, hazırda dünyada 2,4 milyard “Whatsapp”, 2,35 milyard “İnstagram” istifadəçisi var.
Dünyada ən populyar 35 sosial şəbəkə üzrə istifadəçi sayı aşağıdakı kimi olub:
1. “Facebook” – 3,06 milyard;
2. “Youtube” – 2,7 milyard;
3. “WhatsApp” – 2,4 milyard;
4. “Instagram” – 2,35 milyard;
5. “TikTok” – 1,67 milyard;
6. “WeChat” – 1,31 milyard;
7. “Messenger” – 1,10 milyard;
8. “Telegram” – 900 milyon;
9. “Viber” – 820 milyon;
10. “Snapchat” – 800 milyon;
11. “Douyin” – 752 milyon;
12. “Baidu” – 676 milyon;
13. “Qzone” – 615 milyon;
14. “Spotify” – 602 milyon;
15. “X” (“Twitter”) – 600 milyon;
16. “Sina Weibo” – 588 milyon;
17. “Pinterest” – 518 milyon;
18. “Reddit” – 430 milyon;
19. “Kuaishou” – 370 milyon;
20. “Bilibili” – 336 milyon;
21. “Microsoft Teams” – 320 milyon;
22. “LinkedIn” – 310 milyon;
23. “Quora” – 305 milyon;
24. “Vimeo” – 260 milyon;
25. “Line” – 230 milyon;
26. “Xiaohongshu” – 200 milyon;
27. “Discord” – 200 milyon;
28. “ShareChat” – 180 milyon;
29. “Threads” – 175 milyon;
30. “Josh” – 151 milyon;
31. “Twitch” – 140 milyon;
32. “Tumblr” – 135 milyon;
33. “Medium” – 100 milyon;
34. “VK” (“Vkontakte”) – 80 milyon;
35. “Rumble” – 50 milyon.
Murad Məmmədov