“Microsoft” haqqında araşdrıma başladıldı – KİV


ABŞ Federal Ticarət Komissiyası Amerikanın “Microsoft” texnologiya korporasiyasına qarşı genişmiqyaslı antiinhisar araşdırmasına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Onların fikrincə, istintaq “Microsoft”un ofis paketləri və təhlükəsizlik proqramlarından mümkün istifadəsinə əsaslana bilər.
Korporasiya əsas dövlət podratçısı olduğu və müxtəlif departamentlərdən, o cümlədən Pentaqondan milyardlarla dollar dəyərində müqavilələr aldığı üçün komissiyanın narahatlığına digər məsələlərlə yanaşı, “Microsoft”un kibertəhlükəsizlik sahəsində uğursuzluqları daxildir.
Komissiya hesab edir ki, korporasiyanın kibertəhlükəsizlik sahəsində mümkün uğursuzluqları şirkətin bazar üzərindəki gücünü “problem”ə çevirə bilər.   
“Bloomberg”in məlıumatına görə, “Microsoft” bir ildən artıqdır ki, Federal Ticarət Komissiyasının nəzarəti altındadır. Bu müddət ərzində korporasiyanın biznes tərəfdaşları və rəqibləri ilə aparılmış qeyri-rəsmi danışıqların nəticələrinə əsasən, komissiya “Microsoft”a geniş sorğu göndərib. Burada 100-dən çox səhifədə bütün lazımi məlumatları təqdim etmək tələbi təfərrüatlı şəkildə yer alıb.
Agentlik həmçinin əlavə edir ki, gələn həftə antiinhisar ekspertləri korporasiyanın Redmond şəhərindəki (Vaşinqton ştatı) baş qərargahının təcrübələri haqqında əlavə məlumat toplamaq üçün “Microsoft”un rəqibləri ilə görüşəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top