Azərbaycanın dövlət borcu açıqlandı


1 oktyabr 2024-cü il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 299,1 milyon ABŞ dolları təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin 1 oktyabr tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.162,1 milyon ABŞ dolları və ya 18 faiz azalıb.
1 oktyabr 2024-cü il tarixinə Azərbaycanın daxili dövlət borcu isə 17 milyard 192,9 milyon manat təşkil edib.
Qeyd olunub ki, 2024-cü ilin əvvəli ilə müqayisədə daxili dövlət borcunun səviyyəsi mütləq ifadədə 1.326,5 milyon manat məbləğində artıb.
“Bu artımın əsas səbəbləri dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi olmuşdur”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top