Talıbovun qardaşının da rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı


Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini dayandırıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyası fəaliyyətini dayandırıb.
Verilən məlumata görə, federasiyanın Naxçıvanda bölməsinin yaradılacağı gözlənilir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov idi.
Federasiya 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, daha əvvəl V. Talıbovun oğlu Seymur Talıbovun rəhbəri oldu Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası, həmçinin Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası da fəaliyyətini dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top