AzTV və Real TV-də Milli Məclisin bəzi deputatlarının tənqid edilməsi müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, ötən gün (27 noyabr) Parlamentdə baş tutan iclasda deputatlar – Siyavuş Novruzov, Səyyad Salahlı, Arzuxan Əlizadə, Ceyhun Məmmədov və Razi Nurullayevin səsləndirdikləri fikirlərlə bağlı süjet hazırlanıb.
Qeyd edək ki, sonuncu iclasda Siyavuş Novruzov məşğulluq və sosial müdafiə ilə bağlı Əmək və Əhalinin Sosial Mudafiəsi Nazirliyini tənqid edib.
Səyyad Salahlı isə İmişlinin 1 nömrəli orta məktəbində sinif azlığı olduğunu bildirib. Bunu xırda-para nöqsan adlandırıb. Milli Məclisin sədri Sahibə Qafarova isə səslənən fikirlərə cavab verib. Bildirib ki, xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır, bunu böyük bir qlobal problemə çevirmək lazım deyil.
Həmin süjetləri təqdim edirik: