“Gürcüstan bu gün Aİ-yə daxil olarsa, iqtisadiyyat məhv olacaq” – Şalva Papuaşvili


“Gürcüstan bu gün Avropa İttifaqına daxil olarsa, iqtisadiyyatı məhv olacaq və o, Aİ-də qüvvədə olan bütün məhdudiyyətlərə dərhal əməl etməli olacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində bildirib.
“Biz uduzub özümüzə zərər verməkdənsə, bizi qalib edəcək bir zamanda Avropa İttifaqına üzv olmağa hazırlaşmalıyıq. Əgər biz bu gün Aİ-nin üzvü olsaq, o zaman eyni vaxtda tətbiq olunacaq məhdudiyyətlərə görə bütün iqtisadiyyatımızı məhv edəcəyik”, - Papuaşvili bildirib.

DİGƏR XƏBƏRLƏR

Top