Putin Qazaxıstandadır


Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə ikinci dəfə Astanaya gedib.
Yeniavaz.com
xəbər verir ki, bu dəfə Rusiya lideri Qazaxıstana diplomatik protokol üzrə ən yüksək statusa malik olan dövlət səfəri edib.
Rəsmi qarşılanma mərasimi Qazaxıstan dövlət başçısının “Akorda” iqamətgahında baş tutacaq. Liderlər məhdud tərkibdə və nümayəndə heyətləri ilə danışıqlar aparacaq, birgə sənədlərin imzalanması mərasimində iştirak edəcək, noyabrın 26-27-də Ufada keçirilən Rusiya və Qazaxıstan regionlararası əməkdaşlığının 20-ci yubiley forumunun plenar iclasında və Əl-Fərabi adına Qazax Milli Universitetində Dostoyevski adına Omsk Dövlət Universitetinin filialının açılış mərasimində videobağlantı vasitəsilə çıxış edəcəklər.
Noyabrın 28-də Putin Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitində də iştirak edəcək.

DİGƏR XƏBƏRLƏR

Top