Bu ayın əvvəlinə olan məlumata görə banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı son bir ayda 238 min ədəd artaraq 19 milyon 162 min ədədə çatıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, oktyabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə artıb.
Bu ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 506 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 359 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1 milyard 139 milyon manatı POS-terminallar, 7,2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63,8%-ni təşkil edib.
Son bir ildə bankomatların sayı 5,3%, POS-terminalların sayı 30,5% artıb.
Elnur Əli