Bakının mərkəzi hissəsində mənzillərin bir kvadratmetrinin satış qiyməti orta hesabla 1 993 dollara (3 390 manat) bərabərdir.
Yeniavaz.com məşhur “Numbeo” portalına istinadən xəbər verir ki, şəhər mərkəzlərində yerləşən mənzillər region ölkələri arasında ən yüksək qiymətə Moskavada (Rusiya) satılır.
Şimal qonşumuzun paytaxtında mərkəzi məhəllələrdə mənzillərin bir kvadratmetrinin orta satış qiyməti 5 817 dollar təşkil edib.
Qeyd edək ki, keçmiş SSRİ və region ölkələrinin paytaxtlarındakı mərkəzi məhəllələrdə mənzillərin bir kvadratmetrinin orta satış qiyməti aşağıdakı kimi olub:
Moskva (Rusiya) – 5 817 dollar;
İrəvan (Ermənistan) – 3 618 dollar;
Riqa (Latviya) – 2 700 dollar;
Kiyev (Ukrayna) – 2 294 dollar;
Tehran (İran) – 2 265 dollar;
Tbilisi (Gürcüstan) – 2 072 dollar;
Bakı (Azərbaycan) – 1 993 dollar;
Minsk (Belarus) – 1 867 dollar;
Daşkənd (Özbəkistan) – 1 680 dollar;
Ankara (Türkiyə) – 1 606 dollar;
Bişkek (Qırğızıstan) – 1 198 dollar;
Astana (Qazaxıstan) – 1 094 dollar.
Ümumiyyətlə isə dünyada şəhər mərkəzlərində yerləşən mənzillər ən baha qiymətə Honq Konqda satılır. Bu şəhərdə mənzillərin bir kvadratmetrinin orta satış qiymət 27 min 405 dollar həddindədir.
“Numbeo”nun açıqladığı 305 şəhər arasında ən ucuz mənzillər Pakistanın Kəraçi şəhərində satılır. Kəraçinin mərkəzi məhəllələrində mənzillərin bir kvadratmetrinin orta satış qiymət 536 dollara bərabərdir.
Murad Məmmədov