Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Sincar şəhərində növbəti əməliyyat keçirib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının qondarma liderlərindən “Hevi” kod adlı Sadiyə Məhəmməd Əhmədi zərərsizləşdirilib.
MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində terrorçunun PKK/KCK-nın Sincardakı kəşfiyyatına rəhbərlik etdiyi müəyyən edilib.
MİT-in hədəf siyahısına daxil edilən Sadiyə Məhəmməd Əhmədin yeri müəyyən edildikdən sonra keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
O, bölgədəki təşkilati strukturlara və hərbi birləşmələrə nəzarət edirdi və Qəndildə hesabat verməkdən məsul idi.
Qeyd edək ki, Sadiyə Məhəmməd Əhməd 2001-ci ildə terror təşkilatı PKK-ya qoşulub. Təşkilata qoşulduğu gündən Suriyanın müxtəlif bölgələrində, eləcə də İraqda, Qəndil, Kərkük, Mahmud və Sincar kimi şəhərlərdə fəaliyyət göstərib.