Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 20 min 225,7 ton kərə yağı idxal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,3 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.
Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yağının orta gömrük dəyəri 2,1% və ya 20 qəpik aşağı düşüb.
Onu da bildirək ki, son bir ildə idxal olunan kərə yağının qiymətində ucuzlaşma olsa da, marketlərdə satılan kərə yağının qiyməti bahalanıb. Açıqlanan rəsmi məlumatlar göstərir ki, ötən ilin oktyabr ayında marketlərdə satılan kərə yağının orta satış qiyməti 19,7 manat olduğu halda, bu ilin oktyabr ayında bu məbləğ 21,55 manata yüksəlib. Göründyü kimi, marketlərdə satılan kərə yağının 1 kiloqramının orta pərakəndə satış qiyməti 9,4% və ya 1,85 manat bahalanıb.
Onu da qeyd edək ki, bu gün (27 noyabr 2024) “Bravo”, “Araz”, “Rahat” və “Neptun” supermarketlərində kərə yağının satış qiyməti aşağıdakı kimi olub:
Elnur Əli