2023-cü ilin oktyabr ayından Qəzza zolağında ölən yardım işçilərinin sayı 337 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Əraziləri üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) hesabatında qeyd edilib.
Təşkilatın məlumatına görə, hərbi əməliyyatların qurbanları arasında 330 fələstinli və 7 xarici vətəndaş var.
Ölümlərin çoxu (251 nəfər) BMT strukturlarının payına düşür. Onların böyük əksəriyyəti (247 nəfər) BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyindəndir (UNRWA).
Ölənlər arasında Fələstin Qızıl Aypara Cəmiyyətinin (33 nəfər) və digər humanitar təşkilatların (53 nəfər) əməkdaşları da var.