Naxçıvanda daha bir federasiya ləğv olundu


Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, federasiya fəaliyyətini dayandırıb və ləğv olunub.
Həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycan Karate Federasiyanın nümayəndəliyi yaradılıb və rəhbəri Nəriman Quliyev təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci ildən fəaliyyət göstərirdi.
Xatırladaq ki, ötən gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top