“Bəzi xəstəliklər üçün pendir istehlakını məhdudlaşdırmaq daha yaxşıdır”.
Yeniavaz.com xəbər verir ki. bunu “RİA Novosti”yə müsahibəsində qastroenteroloq Lyudmila Suxorukova deyib.
Onun sözlərinə görə, əgər sizdə allergiya varsa, pendir yemək olmaz, həmçinin pendir bəzən miqreni təhrik edir:
“Pendirdəki tiramin və qlutamik turşu ağrı hücumlarına səbəb ola bilər. Adətən stress və yuxusuzluq daha çox təsir etsə də, çox böyük miqdarda pendirdə olan duz da insana zərər verir: məsələn, 60 qram çedar pendirinin tərkibində 350 milliqram duz var”, - Suxorukova izah edib.
Suxorukova əlavə edib ki, qidada yüksək duzun olması qan təzyiqini və osteoporozun inkişaf riskini artırır, çünki bu, bədəndən kalsiumun yuyulmasına səbəb olur:
“Bu səbəbdən artrit, hipertoniya və ya artıq çəkisi olan insanlar pendir yeməməlidir. Süd məhsullarının kişi sağlamlığına təsir etdiyini göstərən araşdırmalar da var”.