Bu ilin ilk 10 ayı ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri işçilərin dələduzluğu sığortası növü üzrə 86 min manat sığorta haqqı yığıblar.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə işçilərin dələduzluğu sığortası növü üzrə yığılan sığorta haqqı 3 dəfə azalıb. Belə ki, ötən ilin eyni dövründə könüllü sığortanın bu növü üzrə 259,3 min manat sığorta haqqı yığılıb.
Onu da bildirək ki, 2017-ci ildən sonra sığorta şirkətləri işçilərin dələduzluğu sığortası növü üzrə heç bir ödəniş etməyiblər. Sığorta şirkətləri 2017-ci ildə işçilərin dələduzluğu sığortası növü üzrə 1 milyon 48 min manat sığorta haqqı yığıblar və eyni ildə 1 milyon 719,2 min manat sığorta ödənişi ediblər.
Murad Məmmədov