KİV: Yunanıstan Ermənistana HHM sistemləri verə bilər – Fransanın təşəbbüsü ilə


Yunanıstan Ermənistana ölkənin hava hücumundan müdafiə sistemində istifadə edilən Rusiya istehsalı “S-300” və digər iki “TOR-M1” və “Osa-AKM” silah sistemini təhvil verməyə və onları İsrail istehsalı sistemlərlə əvəz etməyə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yunanıstanın “Enikos” portalı məlumat yayıb.
Məlumata görə, əvvəllər bu sistemlərin Ukraynaya verilə biləcəyi güman edilirdi, lakin Yunanıstanın Milli Müdafiə Baş Qərargahı başqa, heç də az sərfəli olmayan alternativləri nəzərdən keçirir.
Portalın məlumatına görə, Ermənistanın müdafiəsini gücləndirmək sırf yunan təşəbbüsü deyil, Fransa ilə əməkdaşlığın məhsuludur.  
Portal yazır ki, Afina üçün Kiyev əvəzinə İrəvanın müdafiəsinin gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir.
Çox sıx müttəfiqlik əlaqələri, yaxın tarixdəki ümumi səylər, eyni zamanda ortaq dini inanclar bu səbəblərdən bəziləridir.
Portalın məlumatına görə, Yunanıstanda Rusiya sistemlərini əvəz etməli olan İsrail sistemləri sırasına 300 km mənzilli “David's Sling”, 35-150 km mənzilli “Barak MX” və 20-50 km mənzilli “Spyder” daxildir.
Ermənistana təhvil verilməyə namizəd olan silah sistemləri əsasən zenit sistemləridir, quru qoşunları və hava qüvvələrinin xidmətindədir.

DİGƏR XƏBƏRLƏR

Top