Türkiyəli məşhur müğənni İbrahim Tatlısəs yerimə qabiliyyətini itirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
O, yerimə qabiliyyətini itirdikdən sonra yeni müalicə prosesinə başladığını bildirib.
“Həkimlə yenidən müalicəyə başladıq, Allah hər kəsə şəfa versin. İnanıram ki, o, mənə yeriməyə kömək edəcək. Dualarınızı əsirgəməyin”, - Tatlısəs qeyd edib.
Qeyd edək ki, İbrahim Talısəs 2011-ci il martın 14-nə keçən gecə Maslakda silahlı hücuma məruz qalıb. Hadisədən sonra 72 yaşlı müğənninin səhhətində ciddi problemlər yaranıb və uzun müddət müalicə alıb.