Stomatoloq və cərrah Şaadi Manuçehri üç halda dişləri fırçalamamağı məsləhət görüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə həkim instaqramda paylaşım edib.
Mənuçehri deyib ki, yeməkdən dərhal sonra dişlərinizi fırçalamamalısınız:
“Yemək yeyərkən ağızda turşu mühit yaranır və yeməkdən dərhal sonra dişlərinizi fırçalamağa başlasanız, turşunu dişlərinizə sürtə bilərsiniz. Bu da öz növbəsində dişləri zədələyərək, onları diş çürüməsinə qarşı həssas edir. Qusduqdan dərhal sonra dişlərinizi fırçalasanız, eyni fəsad baş verə bilər”.
Mütəxəssis həmçinin şirniyyat yedikdən sonra dişlərinizi fırçalamamağı tövsiyə edir:
“Şəkərli qidalar yediyiniz zaman dişlərinizdə olan bakteriyalar da onu yeyir və dişlərinizə yerləşən turşu əmələ gətirir. Tüpürcək təbii olaraq asidik mühiti neytrallaşdırır, lakin bu, vaxt tələb edir - 30-60 dəqiqə”.