Rusiya “Telegram”ı cərimələdi


Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerinə 7 milyon rubl (115 min manat – red.) məbləğində inzibati cərimə kəsib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-a məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.
“Moskvanın Taqanski Rayon Məhkəməsinin qərarı ilə “Telegram” şirkəti Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə (sayt sahibinin internet saytındakı məlumatları belə məlumatların silinməsi öhdəliyi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulduğu halda silməməsi) uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinib. Şirkətə 7 milyon rubl məbləğində cərimə kəsilib”, - məlumatda deyilib.

DİGƏR XƏBƏRLƏR

Top