Sumqayıtda Niyazi və Çerkassı küçələrinin kəsişməsində yerləşən “Bəy hamamı”nda yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.
Hadisə yerinə yanğınsöndürən və hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb olunduğu deyilib.
FHN Mətbuat Xidmətinin məlumatına görə, yanğın nazirliyin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.