Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə iclasın gündəliyində deyilir.
Sənədə əsasən, müzakirə noyabrın 27-də baş tutacaq.
Qeyd edək ki, bundan əvvəl Aİ qurumlarının rəhbərləri Brüsselin Rusiyaya qarşı 15-ci sanksiyalar paketi üzərində işə başladığı barədə məlumat verib.