Naxçıvana ən çox bu ölkələrdən pul göndərilib – Siyahı


Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasına xarici ölkələrdən 630,6 min dollar pul köçürülüb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xaricdən köçürülən pulların 82%-i və ya 516,5 min dolları iki ölkənin – Rusiya (249,2 min dollar) və Türkiyənin (267,3 min dollar) payına düşüb.
Bu ölkələrdən sonra ən çox pul Gürcüstan (60,8 min dollar), ABŞ (12 min dollar), Qazaxıstan (7,1 min dollar), Polşa (5,1 min dollar) və İsveçrədən (4,5 min dollar) köçürülüb.
Xaricdən köçürülən pulların 231,9 min dolları Naxçıvan şəhərinin, 110,2 min dolları Kəngərli, 96,6 min dolları Şərur, 68,9 min dolları Culfa, 68,6 min dolları Babək, 34,6 min dolları Ordubad, 16,7 min dolları Şahbuz, 3,1 min dolları Sədərək rayonunun payına düşüb. 
Qeyd edək ki, Sədərək rayonuna göndəriliən 3,1 min manatın hamısı Rusiyadan daxil olub və bu rayona başqa ölkələrdən pul göndərilməyib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top