Ermənistan KTMT sammitində iştirak etməyəcək


Ermənistan noyabrın 28-də Astanada keçiriləcək KTMT tədbirlərində iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev məlumat yayıb.
Vasilyev bildirib ki, buna baxmayaraq İrəvan bu görüşlərdə nəzərdə tutulan sənədlərin qəbuluna etiraz etmir,
Qeyd edək ki, noyabrın 28-də Astanada əvvəlcə Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası (zirvə toplantısı) keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top