“İsrail hakimiyyəti “Hizbullah”la Livanda atəşkəs haqqında razılaşmanı ilkin olaraq təsdiqləyib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ynet” və CNN mənbələrə istinadən məlumat yayıb.
CNN-in mənbəsinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu razılaşmanı dəstəkləyib. Bu gün Livan hakimiyyətinə təhvil verilməsi gözlənilən razılaşmanın bəzi detalları ilə bağlı İsrail hələ də düzəliş edir.
Müqavilə İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməlidir.
“Ynet” qeyd edir ki, İsrailin atəşkəs razılaşmasını müzakirə etməsi bir gün əvvəl İsrailə 255-dən çox mərmi atmış “Hizbullah”ın raket hücumlarının artması ilə eyni vaxta düşüb. Nəşrin məlumatına görə, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn İsrailin atəşkəslə razılaşdığı barədə artıq Livanı məlumatlandırıb. Eyni zamanda o, hər iki tərəfə bildirib ki, razılıq əldə olunmasa, ABŞ vasitəçi qismində danışıqlarda iştirakını dayandıracaq.