Dünya Bankı son 1000 gündə Kiyevə 40 milyard dollardan çox pul göndərib


Dünya Bankı (DB) 2022-ci ilin fevral ayından Ukraynaya sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna icra hakimiyyətlərinin vahid internet portalında məlumat verilib.
Ukraynanın maliyyə naziri Sergey Marçenko bundan əvvəl Kiyevə səfəri zamanı Dünya Bankının əməliyyatlar üzrə icraçı direktoru Anna Byerde və Bankın Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşüb.
Tərəflər Ukrayna ilə bank arasında son min gün ərzində xüsusi əməliyyatın nəticələrini, 2025-ci il üçün planları, həmçinin, ölkənin bankla birgə inkişaf etdirdiyi “islahat matrisi” sistemi çərçivəsində Ukrayna hökuməti ilə Dünya Bankının birgə işini müzakirə ediblər.
Portal yazır ki, 2022-ci ilin fevral ayından DB proqramlar və sistemlər işə salıb və bunun sayəsində Ukraynanın ehtiyacları üçün 40 milyard dollardan çox vəsait cəlb edib. Bu vəsaitlər Ukraynanın dövlət büdcəsinin sosial və humanitar xərclərini qismən maliyyələşdirməyə imkan verib.

DİGƏR XƏBƏRLƏR

Top