Çinin “Huawei” korporasiyası öz proqram təminatı ilə smartfon istehsal edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, korporasiya tamamilə yerli “HarmonyOS Next” əməliyyat sistemi ilə təchiz edilmiş “Mate 70” smartfonunu buraxacaq.
“Huawei” bu əməliyyat sisteminin “Apple”ın iOS və “Google”un “Android” sistemləri ilə birlikdə üçüncü əsas mobil əməliyyat sistemi olacağına ümid edir.
Məlumata görə, Çin korporasiyası layihəyə beynəlxalq tərtibatçıları cəlb edəcək.
Qeyd edək ki, ötən ay “Huawei” korporasiyanın rüblük hesabatını yaymış və satışların 2024-cü ilin ilk doqquz ayında keçən ilin eyni dövrü ilə müqayisədə 30% artdığını bildirmişdi.