London Universitet Kollecinin britaniyalı kimyaçıları buğda unundan dünyanın ən nazik spagettisini istehsal ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Nanoscale Advances” (NanoAdv) elmi jurnalında dərc olunub.
Məlumata görə, spagettinin diametri 372 nanometrdir ki, bu da insan saçından 200 dəfə nazikdir.
Ekspertlər bildiriblər ki, yeni “məhsul” insan istehlakı üçün nəzərdə tutulmayıb, lakin elm və sənayedə geniş tətbiq sahəsinə malikdir.
Komanda elektrik yükü ilə iynənin ucundan un və qarışqa turşusu saplarının çəkilməsi prinsipinə əsaslanan elektroəyirmə texnikasından istifadə edib.
Yeni nanoliflərdən yaraların sağalması üçün sarğılarda istifadə oluna bilər. Çünki nanoliflər çox məsaməlidir, suyun və nəmin keçməsinə imkan verir.