Bu ilin oktyabrda Gürcüstana pul köçürmələrinin həcminə görə ABŞ birinci yeri tutub.
Yeniavaz.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu, evlərinə pul göndərən əməkçi miqrantların sayının artması ilə bağlıdır.
Bildirilir ki, pul köçürmələrinə görə ikinci yerdə İtaliya, üçüncü yerdə Rusiya yer alıb.
Ötən ilin oktyabr ayı ilə müqayisədə Rusiyadan köçürmələr 44% azalıb, ABŞ və İtaliyadan isə müvafiq olaraq 21% və 10% artıb.
Ümumilikdə, il ərzində transfertlərin həcmi 1,5% azalaraq 281 milyon dollar təşkil edib.
Gürcüstana pul köçürmələrinin həcminə görə ilk 10-luqda yer alan ölkələr aşağıdakı kimi olub:
ABŞ - 51 milyon dollar, +21%;
İtaliya - 47 milyon dollar, +10%;
Rusiya - 34 milyon dollar, -44%;
Almaniya - 25 milyon dollar, +18,4%;
Yunanıstan - 23 milyon dollar, +6%;
İsrail - 21 milyon dollar, +23%;
Qırğızıstan - 9,5 milyon dollar, +178%;
Türkiyə — 9,1 milyon dollar, +6%;
Qazaxıstan - 7,6 milyon dollar, -54%;
İrlandiya - 6 milyon dollar, +32%.