Cüdoçularımız Avropa Kubokunda 4 medal qazandı


Azərbaycan cüdoçuları Yunanistanın Saloniki şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk günündə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.
Yeniavaz.com
Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, oğlanlar arasında Zeyd Ələsgərov (60 kq) qızıl, Fəxri Sahibzadə (66 kq) gümüş, Anar Quliyev (50 kq) və Rüstəm Qasımzadə (55 kq) bürünc medal qazanıblar.
Məhəmmədəli Hüsiyev (55 kq), İlkin Qarayev (60 kq) və Özqan Quliyev (66 kq) 5-ci, Emil Hüseynli (55 kq) isə 7-ci yerdə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top