“Hyundai” ABŞ-dən 42 min avtomobilini geri çağıracaq


Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai” ABŞ-dən 42 mindən çox avtomobilini özbaşına hərəkət riskinə görə geri çağıracaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, “Hyundai Motor North America” bunun səbəbinin naqillərdəki problemlərlə bağlı olduğunu açıqlayıb.
Geril çağırılma ABŞ-dəki bütün 2025-ci il “Santa Cruz” və “Tucson” modellərinə aid olacaq.
Buna baxmayaraq, problemin ancaq avtomobillərin 1%-də olduğu təxmin edilir.

DİGƏR XƏBƏRLƏR

Top