İsrail hərbçilərinin hücumları nətisəcində son 48 saat ərzində Qəzza zolağında 120 fələstinli ölüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son 48 saat ərzində Qəzzada 120 nəfər həlak olub, 205 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin vurğulayıb ki, 2023-cü ilin oktyabrından bu günə qədər İsrailin zərbələri nəticəsində ölənlərin sayı 44 min 176, yaralananların sayı isə 104 min 473 nəfərə çatıb.