“Dağıntı və insan xəsarəti barədə məlumat yoxdur” – FHN


Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 23 noyabr 2024-cü il tarixində yerli vaxtla saat 12:10-da Ağdam seysmik stansiyasından 74 kilometr cənub-qərbdə, Laçın rayonunda 10 kilometr dərinlikdə 4,5 maqnituda zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top