Rusiya polisi Kazanda iranlı tələbələri döydü – Video


Rusiyanın Kazan şəhərində iki iranlı tələbə polis tərəfindən döyülərək saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “snn.ir” məlumat yayıb.
Bildirilib ki, Kazan Federal Universitetində təhsil alan Özbəkistan, Çin, İran, Türkmənistan və s. ölkələrdən olan tələbələr bu gün səhər viza almaq üçün müvafiq quruma üz tutublar. Bu vaxt tələbələr arasında çaxnaşma yaranıb və əraziyə polis əməkdaşları cəlb olunub.
“Polisin iştirakı və iranlı tələbələrin təkidi mübahisənin davam etməsinə və tələbələrin polis tərəfindən qeyri-insani şəkildə zorakılığa məruz qalmasına səbəb olub. İki tələbə saxlanılıb”, - nəşr yazır.
Qeyd olunub ki, İran İslam Respublikasının Kazandakı Baş Konsulluğu polisin iranlı tələbələrə qarşı zorakı rəftarına dair Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Bildirilib ki, Konsulluq Rusiya XİN-dən hadisənin səbəbləri və yerli polisin məsələyə qeyri-peşəkar müdaxiləsi ilə bağlı izahat tələb edib.
Sosial şəbəkələrdə Rusiya polisinin iranlı tələbələrə qarşı zorakılığını əks etdirən kadrlar da yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top