Sentyabrın sonunda İsrailin şiə “Hizbullah” hərəkatına qarşı başlatdığı hərbi əməliyyatdan sonra ən azı 596 min qaçqın Livanı tərk edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin ölkədəki Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (OCHA) məlumat yayıb.
Bildirilib ki, onların 63%-i suriyalıdır.
Xatırladaq ki, sentyabrın 23-də İsrail “Hizbullah” birləşmələrinə qarşı “Şimalın oxları” əməliyyatına başlayıb və bu əməliyyat çərçivəsində şiə təşkilatının Livan ərazisindəki hərbi hədəflərinə qarşı kütləvi hava zərbələri endirilib. Oktyabrın 1-nə keçən gecə isə İsrail ordusu Livanın cənubunun sərhəd bölgələrində quru əməliyyatına başladığını elan edib.