“2024-cü il yardım təşkilatları üçün ən ölümcül il olub: yanvar ayından bu yana onların 280-dən çox işçisi öldürülüb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin rəsmi nümayəndəsi Yens Larke bildirib.
“Hətta bitməmiş, 2024-cü il dünyada humanitar işçilər üçün tarixdə ən ölümcül il olub. 281 yardım işçisi öldürülüb”, - Larke deyib.
O xatırladıb ki, indiyədək bu anti-rekord 280 humanitar işçinin həlak olduğu 2023-cü ilə aid olub:
“Qəzza zolağında vəziyyət son dərəcə təhlükəlidir, burada noyabrın əvvəlindən humanitar yardım işçilərinin sayı 10-a çatıb. Ötən il oktyabrın 7-dən bu anklavda onların azı 333 işçisi həlak olub. Qəzza zolağından əlavə, yüksək səviyyədə zorakılıq, adam oğurluğu, yaralanmalar, təqiblər və əsassız həbslər Əfqanıstan, Konqo Demokratik Respublikası, Cənubi Sudan, Ukrayna, Yəmən və Sudanda qeydə alınıb”.