“Hazırkı Amerika lideri Co Baydenin administrasiyası respublikaçının köməkçilərin müvafiq sənədləri hələ imzalamamasına baxmayaraq, işləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına ötürməyə hazırdır”.
Yeniavaz.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.
Ondan soruşublar ki, Tramp komandasının üzvlərinin hazırkı hakimiyyətlə hələ anlaşma memorandumu imzalamaması işlərin qəbulu və ötürülməsi prosesini hansısa şəkildə çətinləşdirə bilərmi?
“Biz uğurlu və effektiv keçidi təmin etmək üçün Trampın keçid komandası ilə əlaqə saxlamağa davam edirik. Bu ünsiyyətlərdə biz, şübhəsiz ki, Ağ Evin və Administrasiyanın Ümumi İşlər İdarəsi və Ağ Evlə anlaşma memorandumunda qeyd olunduğu kimi, dəstək və xidmətlərə və məlumatlara çıxış təmin etmək öhdəliyini vurğulayırıq”, - Jan-Pyer bildirib.
Bununla belə, o, Tramp komandasının hazırkı hakimiyyətlə hələ razılaşmadığını təsdiqləyib. O, bunun niyə baç vermədiyi ilə bağlı sualı seçilmiş prezidentin komandasına yönəldib və anlaşma memorandumunun imzalanmasının gecikdirilməsinin işlərin qəbulu və ötürülməsi prosesinə necə təsir edəcəyi barədə spekulyasiya etməyə hazır olmadığını vurğulayıb.