Azərbaycan və Almaniyanın XİN başçıları görüşdü


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Almaniya XİN başçısı Annalenna Berbokla görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında məlumat dərc olunub.
Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.
“Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətini, eləcə də sülh prosesində mövcud problemləri müzakirə ediblər.
Nazir Ceyhun Bayramov Azərbaycana qarşı koordinasiya edilmiş qərəzli və əsassız qarayaxma kampaniyasından narahatlığını bir daha vurğulayaraq, Azərbaycanın mövqeyini diqqətə çatdırıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top