“Sabit Orucov” gəmisi 3 milyon manata satışa çıxarılıb – Foto


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin balansında olan 16 gəmi və 19 kater satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Əmlak Məsələləri Dövlət Xidməti yayıb.
Məlumatda bildirilir ki, satışa çıxarılan gəmi və katerləri 24 dekabr tarixində Əmlak Xidmətləri Məkanında keçiriləcək hərrac vasitəsi ilə almaq mümkün olacaq.
Qeyd edək ki, satışa çıxarılan gəmi və katerlərin ən bahalısı 1983-cü il istehsalı olan “Sabit Orucov” adlı sərnişin gəmisidir. Bu gəmi 3 milyon manata hərraca çıxarılacaq. Ən ucuzu isə 3 min manta satılan kiçik su tutumlu katerdir.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top