Fatih Altaylı və İsmayıl Saymazla bağlı araşdırma başladıldı


İstanbul Respublika Prokurorluğu Türkiyənin məşhur jurnalistləri Fatih Altaylı və İsmayıl Saymazla bağlı araşdırma başladıb.
Yeniavaz.com
xəbər verir ki, prokurorluq bu barədə məlumat yayıb.
Bildirilib ki, Fatih Altaylı haqqında aparılan araşdırmanın səbəbi 21 noyabr 2024-cü il tarixdə dərc olunan müəllifi olduğu “Dağıntıdan qorxmayan həbsdən qorxmaz” sərlövhəli məqalədir.
Həmçinin, eyni tarixdə “Halk Tv”də yayımlanan “Rota” proqramında İsmayıl Saymaz “Prezident Ərdoğanın MHP millət vəkillərinin bəzi videolarını Baxçalıya göstərdiyini” iddia edib. Hansı ki, bu məlumat İctimai Əlaqələr İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzinin bəyanatı ilə təkzib edilib. Prokurorluq İ.Saymazla bağlı araşdırmaya səbəb kimi isə sözügedən iddianı göstərib.
Qeyd olunub ki, hər iki jurnalist haqqında Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə (çaşdırıcı məlumatlar yaymaq) araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top