“Ukraynadakı münaqişə Rusiyaya zərbədən sonra qlobal xarakter aldı” – Rusiya lideri


“Qərbin uzaqmənzilli raketlərinin Rusiya ərazisinə endirilməsi Ukraynadakı münaqişəyə qlobal xarakter verib”.
Yeniavaz.com
xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin açıqlamasında deyib.
“Bu andan, biz dəfələrlə vurğuladığımız kimi, Ukraynada əvvəllər Qərbin təhrik etdiyi münaqişə qlobal xarakterli elementlər qazanıb”, - o vurğulayıb.
“Biz həmişə mübahisəli məsələləri sülh yolu ilə həll etməyə üstünlük vermişik və hələ də hazırıq. Lakin biz həmçinin istənilən inkişafa hazırıq. Əgər kimsə buna hələ də şübhə edirsə, nahaq. Həmişə bir cavabımız olacaq”, - Putin deyib.
Prezident vurğulayıb ki, beynəlxalq təhlükəsizlik sistemini dağıdan Rusiya deyil, Birləşmiş Ştatlar hegemonluğu ilə mübarizəni davam etdirərək, bütün dünyanı qlobal münaqişəyə doğru sövq edir.

DİGƏR XƏBƏRLƏR

Top